ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bağanıs Ayrım faciəsindən 36 il keçir.24 mart 1990-cı il bir kəndin tarixi yaddaşına qara hərflərlə yazılıb.Martın 23-dən 24-nə keçən gecə bir ailənin 5 üzvü olmaqla, ümumilikdə 7 nəfər erməni silahlılarının hücumu nəticəsində diri-diri yandırılıb, evləri talan edilib.Demokrat.az xəbər verir ki, Bağanıs Ayrım faciəsinin şahidi Tofiq Orucov Baku TV-yə yaşadıqları dəhşəti xatırlayaraq bu hadisənin onda dərin iz buraxdığını bildirib:"Kəndi yandırmağa, atəşə tutmağa başladılar. Biz də qarşısını almağa çalışdıq. Polis əməkdaşları da bizə köməyə gəlirdi. Amma onlar çatana kimi ermənilər 7 sakinimizi yandırdılar".Qeyd edək ki, Bağanıs Ayrıma hücum nəticəsində 7 nəfər öldürülüb, 2 nəfər yaralanıb. Kəndin işğalı nəticəsində əhali məcburi köçkün kimi Qazaxın müxtəlif yerlərində məskunlaşmağa məcbur qalıblar. Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində 2024-cü ildə bir güllə belə atılmadan Bağanıs Ayrım kəndi işğaldan azad edilib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.