Bağanıs Ayrım faciəsindən 36 il keçir.
NOCOMMENT.az xəbər verir ki, 24 mart 1990-cı il bir kəndin tarixi yaddaşına qara hərflərlə yazılıb.
Martın 23-dən 24-nə keçən gecə bir ailənin 5 üzvü olmaqla, ümumilikdə 7 nəfər erməni silahlılarının hücumu nəticəsində diri-diri yandırılıb, evləri talan edilib.
Bağanıs Ayrım faciəsinin şahidi Tofiq Orucov Baku TV-yə yaşadıqları dəhşəti xatırlayaraq bu hadisənin onda dərin iz buraxdığını bildirib:
“Kəndi yandırmağa, atəşə tutmağa başladılar. Biz də qarşısını almağa çalışdıq. Polis əməkdaşları da bizə köməyə gəlirdi. Amma onlar çatana kimi ermənilər 7 sakinimizi yandırdılar”.
Qeyd edək ki, Bağanıs Ayrıma hücum nəticəsində 7 nəfər öldürülüb, 2 nəfər yaralanıb. Kəndin işğalı nəticəsində əhali məcburi köçkün kimi Qazaxın müxtəlif yerlərində məskunlaşmağa məcbur qalıblar. Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində 2024-cü ildə bir güllə belə atılmadan Bağanıs Ayrım kəndi işğaldan azad edilib.