AZ

Kənddə qandonduran faciə: "Kömək gələnəcən 7 nəfəri yandırdılar"

Bağanıs Ayrım faciəsindən 36 il keçir.

24 mart 1990-cı il bir kəndin tarixi yaddaşına qara hərflərlə yazılıb.

Martın 23-dən 24-nə keçən gecə bir ailənin 5 üzvü olmaqla, ümumilikdə 7 nəfər erməni silahlılarının hücumu nəticəsində diri-diri yandırılıb, evləri talan edilib.

Bağanıs Ayrım faciəsinin şahidi Tofiq Orucov Baku TV-yə yaşadıqları dəhşəti xatırlayaraq bu hadisənin onda dərin iz buraxdığını bildirib:

"Kəndi yandırmağa, atəşə tutmağa başladılar. Biz də qarşısını almağa çalışdıq. Polis əməkdaşları da bizə köməyə gəlirdi. Amma onlar çatana kimi ermənilər 7 sakinimizi yandırdılar".

Seçilən
52
3
publika.az

4Mənbələr