AZ

Kolumbiyada 100-dən çox hərbçini daşıyan təyyarə qəzaya uğrayıb, azı 66 nəfər ölüb - YENİLƏNİB-1

Kolumbiyanın Puerto-Leqisamo şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 66 nəfər həlak olub.

Bu barədə Caracol telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

“Son məlumatlara görə, 57 nəfər yaralanıb, 1 nəfər isə xəsarət almayıb”, – deyə məlumatda bildirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

***
03:24

Kolumbiyanın cənubunda, meşəlik ərazidə "Hercules C-130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 38 nəfər həlak olub, daha 83 nəfər isə xəsarət alıb.

Bu barədə təyyarənin havaya qalxdığı Puerto-Legisamo şəhərinin təhlükəsizlik və inzibati idarəetmə üzrə baş köməkçisi Karlos Klaros "The Wall Street Journal" nəşrinə telefonla verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, göyərtədə olan bəzi hərbçilər təyyarə yerlə toqquşmadan bir neçə saniyə əvvəl özlərini aşağı atıblar. Hava gəmisində olan 125 nəfərdən dördü hələ tapılmayıb, onların axtarışları davam edir.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.



***
20:58

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus, 100-dən çox hərbçini daşıyan “Hercules C-130” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə "Caracol" radiosu məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda, Puerto-Legisamo şəhərində uçuş zamanı baş verib.

Kolumbiyanın müdafiə naziri Pedro Sançes hadisəni təsdiqləyib.

“Dərin kədər hissi ilə bildirirəm ki, silahlı qüvvələrimizin hərbçilərini daşıyan “Hercules” təyyarəsi uçuş zamanı qəzaya uğrayıb”, – deyə o qeyd edib.

Nazir bildirib ki, qəza yerində hərbçilər işləyir, lakin ölənlərin sayı və hadisənin səbəbləri hələlik dəqiq müəyyən edilməyib.

Seçilən
40
3
apa.az

10Mənbələr