AZ

Siyartonun telefonunun dinlənilməsi Macarıstana qarşı ciddi hücumdur - Orban

Macarıstanın Ədliyyə Nazirliyinə tapşırılıb ki, xarici işlər naziri Peter Siyartonun telefonunun dinlənilməsini araşdırsın.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban öz “Facebook” səhifəsində paylaşım edib.

“Ədliyyə Nazirliyinə dərhal istintaq aparmağı tapşırmışam. Bu istintaq, lazım gələrsə, cinayət xarakteri daşıya bilər”, - Baş nazir bildirib.

Qeyd edək ki, buna səbəb hökumətə yaxın “Mandiner” nəşrində xarici ölkələrdən birinin ölkənin xarici işlər nazirinin telefon danışığını dinləməsi ilə bağlı məqalə olub.

Seçilən
72
3
missiya.az

4Mənbələr