
Macarıstanın Ədliyyə Nazirliyinə tapşırılıb ki, xarici işlər naziri Peter Siyartonun telefonunun dinlənilməsini araşdırsın.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban öz “Facebook” səhifəsində paylaşım edib.
“Ədliyyə Nazirliyinə dərhal istintaq aparmağı tapşırmışam. Bu istintaq, lazım gələrsə, cinayət xarakteri daşıya bilər”, - Baş nazir bildirib.
Qeyd edək ki, buna səbəb hökumətə yaxın “Mandiner” nəşrində xarici ölkələrdən birinin ölkənin xarici işlər nazirinin telefon danışığını dinləməsi ilə bağlı məqalə olub.