AZ

Netanyahu və Katzdan GÖZLƏNİLMƏZ ƏMR: Böyük əməliyyat BAŞLADI - VİDEO

İsrail Müdafiə Qüvvələri (İDF) Livandakı Litani çayı üzərində yerləşən körpülərin məhv edilməsi əməliyyatına başlayıb.

Musavat.com xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz ordunun qarşısında bütün körpülərin sıradan çıxarılması ilə bağlı tapşırıq qoyublar.

Rəsmi Təl-Əvivin bildirdiyinə görə, bu addım "Hizbullah" döyüşçülərinin və silah-sursatın ölkənin cənubuna keçməsinin qarşısını almaq məqsədi daşıyır. İsrailin müdafiə naziri qeyd edib ki, sözügedən körpülərdən "Hizbullah"ın terror fəaliyyətləri üçün logistik marşrut kimi istifadə olunur.

Hazırda bölgədə gərginlik artmaqda davam edir.

Musavat.com

Seçilən
93
50
musavat.com

10Mənbələr