AZ

İsrail ordusu "Hizbullah"ın qərargahlarına zərbələr endirdi

BAKI, 21 mart. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda və paytaxt Beyrutda "Hizbullah" qruplaşmasına qarşı xüsusi hərbi əməliyyatlar keçirib.

Teleqraf xəbər verir ki, ordunun 91-ci diviziyası Livanın cənubundakı quru döyüşləri zamanı bir neçə silahlını məhv edib.

Əməliyyat çərçivəsində tank atəşi və hava zərbələri ilə qruplaşmanın üzvləri zərərsizləşdirilib.

Eyni zamanda, kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın Beyrutdakı əsas qərargahlarına silsilə zərbələr endirib. SAXAL-dan bildirilib ki, hərbi əməliyyatlar zamanı İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.

İsrail ordusu İranın dəstəyi ilə fəaliyyət göstərən terror təşkilatına qarşı mülki əhalini qorumaq məqsədilə qətiyyətli addımları davam etdirəcəyini bəyan edib.

Seçilən
52
29
teleqraf.com

10Mənbələr