AZ

Bakıda kanalizasiya kollektoru çökdü, evləri su basdı - VİDEO

Bakı şəhəri, Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmiləri və həyətyanı sahələri subasmaya məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

Seçilən
60
29
musavat.com

10Mənbələr