AZ

Bakıda kanalizasiya kollektoru çöküb, evləri su basıb – VİDEO

Xətaidə kanalizasiya kollektorunun çökməsi nəticəsində evləri su basıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“112” qaynar telefon xəttinə Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda subasmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

Seçilən
37
28
konkret.az

10Mənbələr