AZ

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb.Bizim.Media xəbər verir ki, QMİ sədri bu barədə Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında danışıb.O bildirib ki, prosesdə xalqlar əziyyət çəkir:"Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, raketlər yerini qələmlərə, qarşıdurma isə diplomatiya dilinə verməlidir. Düşünürəm ki, müəyyən razılığa gələcəklər, amma o vaxta qədər insanlar əziyyət çəkəcək. Çağırışım odur ki, müharibəni bitirib danışıqlar masasına otursunlar. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdır. Çünki bu cür qarşıdurmaların sonu yoxdur. Nə qədər tez dialoqa başlansa, bir o qədər yaxşı nəticə əldə etmək mümkün olacaq".

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
10
bizim.media

10Mənbələr