AZ

Şeyxülislam regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb.

AZXEBER.COM xəbər verir ki, QMİ sədri bu barədə Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, prosesdə xalqlar əziyyət çəkir:

"Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, raketlər yerini qələmlərə, qarşıdurma isə diplomatiya dilinə verməlidir. Düşünürəm ki, müəyyən razılığa gələcəklər, amma o vaxta qədər insanlar əziyyət çəkəcək. Çağırışım odur ki, müharibəni bitirib danışıqlar masasına otursunlar. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdır. Çünki bu cür qarşıdurmaların sonu yoxdur. Nə qədər tez dialoqa başlansa, bir o qədər yaxşı nəticə əldə etmək mümkün olacaq".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
10
azxeber.com

10Mənbələr