AZ

Dövlət agentliyi 90 min başa yaxın iri və xırdabuynuzlu heyvanı NƏ ÜÇÜN ALIR?

ain.az bildirir, Oxu.az portalına istinadən.

Dövlət Məşğulluq Agentliyi kənd təsərrüfatı heyvanlarının və digər malların, özünüməşğulluq layihəsi çərçivəsində təchizat işlərinin satın alınması üçün tender elan edib.

Oxu.Az-ın məlumatına görə, qurum bunun üçün 69 milyon 258 min 800 manat ödəməyi planlaşdırır.

Qeyd edək ki, həmin vəsaitin müqabilində aşağıdakıların alınması planlaşdırılır:

- 6 min baş damazlıq inək;

- 66 min baş qoyun;

- 3 300 baş qoç;

- 12 min baş keçi;

- 1 200 baş təkə;

- 10 min arı ailəsi;

- 50 dəst arıçı geyimi;

- 500 ədəd bal süzən aparat;

- 5 520 ton qarışıq yem.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
1
oxu.az

2Mənbələr