ain.az bildirir, Oxu.az portalına istinadən.
Dövlət Məşğulluq Agentliyi kənd təsərrüfatı heyvanlarının və digər malların, özünüməşğulluq layihəsi çərçivəsində təchizat işlərinin satın alınması üçün tender elan edib.
Oxu.Az-ın məlumatına görə, qurum bunun üçün 69 milyon 258 min 800 manat ödəməyi planlaşdırır.
Qeyd edək ki, həmin vəsaitin müqabilində aşağıdakıların alınması planlaşdırılır:
- 6 min baş damazlıq inək;
- 66 min baş qoyun;
- 3 300 baş qoç;
- 12 min baş keçi;
- 1 200 baş təkə;
- 10 min arı ailəsi;
- 50 dəst arıçı geyimi;
- 500 ədəd bal süzən aparat;
- 5 520 ton qarışıq yem.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.