Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Yevlaxda baş tutub.
“Karvan” “Zirə”ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Rəşad Əhmədov olub. 90 dəqiqənin yekununda 3 xala sevinən tərəf qonaqlar olublar.
Xatırladaq ki, ötən gün baş tutmuş turun açılış oyununda “Şamaxı” “Araz-Naxçıvan”a uduzub – 0:1. “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” oyunları sabah, “Turan Tovuz” – “Qəbələ” görüşü martın 21-də keçiriləcək.
Bu gün isə lider “Sabah” evdə “Sumqayıt”la qarşılaşacaq.
Premyer Liqa
25-ci tur
19 mart
“Karvan” – “Zirə” 0:1
Qol: Anatoli Nuriyev, 80.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 15:00.
Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli.
Baş məşqçi: Füzuli Məmmədov.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 19. Rüfət Abdullazadə, 4. Ruan Renatov, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 20. İssa Cibrilla, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.
