AZ

Dambrauskas: “Fasilənin indi olmasını istəməzdim” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda keçirilmiş görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Oyunçularımın davranışından, oyuna köklənməsindən razı qaldım. Birinci hissədə 1:0 öndə olanda çoxlu qol fürsətlərindən yararlana bilmədik. İkinci yarıya sürətli başladıq və qol vurduq. Bunun üstünlüyündən istifadə etməyə başlayıq. Hesab 3:0 olanda nəzarəti bir az itirdik və son dəqiqədə lazımsız qol buraxdıq. Amma geniş baxsaq, oyundan razı qaldım. Futbolçular 4 günlük fasilədə ailələri ilə istirahəti düşünməlidirlər. Qayıdandan sonra gümrah olmalı və çempionatın önəmli, son hissəsinə hazırlaşmalıyıq.

Futbolçulara fasilə üçün xüsusi təlimat verməyəcəyəm. 3-4 günlük futbolu unutmaqlarını istəyirəm. Ailələrinə köklənsinlər, istirahət etsinlər. Komanda hazırda çox yaxşı formadadır. İnanıram ki, istirahətdən hazır şəkildə dönəcəklər.

Özüm də Litvada olacağam, orada dincələcəyəm. Futbolu bir az düşünməyəcəyəm. Amma qayıdandan sonra düşünməyə başlayacağıq. Açığı, fasilənin olmasını istəməzdim. Çünki ritmdən uzaqlaşmalar olur. Bəzən oyunçuları itirə bilirik. Qayıdandan sonra düşünürəm ki, “Qarabağ”la oyuna hazırlaşa biləcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
3
arena.az

10Mənbələr