ain.az, Redaktor.az saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanında neft zavodu yaxınlığında dron qəzası baş verib
Redaktor.az xəbər verir ki, bu barədə BBC Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Qırmızı dənizdə yerləşən Yanbu liman şəhərinin sənaye zonasında Samref neft emalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Hazırda səlahiyyətlilər hadisə nəticəsində dəymiş ziyanın miqyasını qiymətləndirirlər.
Qeyd edək ki, bundan əvvəl agentlik Yanbu limanı üzərində ballistik raketin ələ keçirildiyini bildirmişdi.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.