AZ

Səudiyyə Ərəbistanında Samref neft emalı zavodunun yaxınlığında PUA qəzayaUĞRADI

Səudiyyə Ərəbistanında neft zavodu yaxınlığında dron qəzası baş verib

Redaktor.az xəbər verir ki, bu barədə BBC Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Qırmızı dənizdə yerləşən Yanbu liman şəhərinin sənaye zonasında Samref neft emalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatı qəzaya uğrayıb.

Hazırda səlahiyyətlilər hadisə nəticəsində dəymiş ziyanın miqyasını qiymətləndirirlər.

Qeyd edək ki, bundan əvvəl agentlik Yanbu limanı üzərində ballistik raketin ələ keçirildiyini bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
57
1
redaktor.az

2Mənbələr