AZ

Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi dünən gecədən bəri ölkə ərazisinə 41 PUA və 3 ballistik raket hücumu həyata keçirildiyini açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada bildirilib ki, 1 dron istisna olmaqla, bütün dronlar zərərsizləşdirilib.

Nazirlik Samref Neft Emalı Zavoduna pilotsuz təyyarənin düşdüyünü və zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib.

Açıqlamada həmçinin ölkəyə atılan üç ballistik raketin zərərsizləşdirildiyi qeyd edilib.

Samir Musayev

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
20
mia.az

10Mənbələr