AZ

İsrail İranın Xəzər dənizindəki qüvvələrini də vurmağa başladı

İsrail Hərbi Hava Qüvvələri ilk dəfə olaraq Xəzər dənizində İranın dəniz hədəflərini vurub. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrail mediası ölkənin Xəzər dənizində İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin raket gəmilərini hədəfə aldığını bildirib. 

İran Hərbi Dəniz Qüvvələrinin qərargahlarından birinin yerləşdiyi Xəzər dənizi sahilindəki Ənzəli limanına hücumlar həyata keçirilib.

Ənzəlidə Tamcidi gəmiqayırma zavodu və Həsən Rud dəniz bazası hədəfə alınıb. Ənzəli terminalının yaxınlığındakı və Həsən Ruddan sonra Motahari şəhəri ətrafındakı SEPAH qərargahının da raketlərlə hədəfə alındığı bildirilir.

Ağarza Elçinoğlu

Seçilən
70
20
unikal.az

10Mənbələr