AZ

İsrail SEPAH komandirini Livanda öldürdü

Livanda "Hizbullah"ın raket bölməsində çalışan İnqilab Keşikçiləri (SEPAH) komandiri öldürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusu açıqlayıb. 

Ötən gün Beyruta edilən hücumlar zamanı öldürülən komandir Əbuzər Məhəmmədi olub. İsrail ordusu Məhəmmədinin "Hizbullah" və İslam Respublikası arasında hərbi koordinasiyada əsas amil olduğunu vurğulayıb. 

Ağarza Elçinoğlu

Seçilən
30
23
unikal.az

10Mənbələr