AZ

Əhalinin nə qədəri işləyir? – RƏSMİ

Bakı. Trend:

2026-cı il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasəniqtisadi fəal əhalinin sayı 5385,7 min nəfər olub, onlardan 5105,9min nəfərini məşğul əhali təşkil edib.

Trend-inməlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosialinkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, cari il fevralın 1-i vəziyyətinə muzdla çalışanişçilərin sayı 1782,0 min nəfər, o cümlədən dövlət sektorunda 861,4min nəfər, qeyri-dövlət sektorunda isə 920,6 min nəfər təşkiledib.

İqtisadiyyatın neft-qaz sektorunda 30,6 min nəfər, qeyrineft-qaz sektorunda isə 1751,4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,6 faiziməhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emalsənayesində, 6,5 faizi tikintidə, 2,7 faizi su təchizatı,tullantıların təmizlənməsi və emalı, 2,3 faizi kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarmasənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,6 faizi ticarət; nəqliyyatvasitələrinin təmiri, 18,3 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyəvə sosial xidmətlərin göstərilməsi, 6,2 faizi dövlət idarəetməsi vəmüdafiə; sosial təminat, 4,7 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizipeşə, elmi və texniki fəaliyyət, 3,6 faizi inzibati və yardımçıxidmətlərin göstərilməsi, 2,8 faizi istirahət, əyləncə və incəsənətsahəsində fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətləringöstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlarsahələrində çalışıb.

2026-cı ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmişiş saatlarının miqdarı 147,1 saat təşkil edib.

Seçilən
71
3
az.trend.az

6Mənbələr