AZ

16 hindistanlı tələbə İrandan Azərbaycana təxliyə edildi

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

AzEdu.az xəbər verir ki, İranda tibb sahəsi üzrə təhsil alan 16 hindistanlı tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Bundan əlavə, 3 Tacikistan və 1 Rusiya vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə edilib.

Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə davam edir.

(mənbə:APA)

Seçilən
28
7
azedu.az

7Mənbələr