İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, İranda tibb sahəsi üzrə təhsil alan 16 hindistanlı tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Bundan əlavə, 3 Tacikistan və 1 Rusiya vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə edilib.
Təxliyə prosesi davam edir.