İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.
AzEdu.az xəbər verir ki, İranda tibb sahəsi üzrə təhsil alan 16 hindistanlı tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Bundan əlavə, 3 Tacikistan və 1 Rusiya vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə edilib.
Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə davam edir.
(mənbə:APA)