AZ

İrandan Azərbaycan sərhədi ilə 16 hindistanlı tələbə təxliyə olunub

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, İranda tibb sahəsi üzrə təhsil alan 16 hindistanlı tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Bundan əlavə, 3 Tacikistan və 1 Rusiya vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə olunub.

Hazırda təxliyə prosesi aidiyyəti üzrə davam edir.

Seçilən
41
7
apa.az

7Mənbələr