AZ

BMT: WUF13 şəhərlərin inkişafı ilə bağlı mühüm platforma olacaq

Dünyada təxminən 300 milyon insan evsizdir.

Aznews.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Anaklaudia Rossbax XIII Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş mətbuat brifinqində deyib.

“Bu insanlar çox vaxt təmiz suya, əsas infrastruktura, səhiyyə və təhsil xidmətlərinə, həmçinin iş imkanlarına çıxışdan məhrumdurlar. Bir çoxunun hətta rəsmi ünvanı belə yoxdur və onlar tez-tez riskli ərazilərdə yaşayır”, – o bildirib.

Rossbax qeyd edib ki, WUF13-ün əsas mövzusu təhlükəsiz, dayanıqlı şəhərlər və icmalar üçün mənzil təminatı olacaq.

Seçilən
1
4
aznews.az

5Mənbələr