AZ

BMT: WUF13 şəhərlərin inkişafı ilə bağlı mühüm platforma olacaq

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Dünyada təxminən 300 milyon insan evsizdir.

APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Anaklaudia Rossbax XIII Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş mətbuat brifinqində deyib.

“Bu insanlar çox vaxt təmiz suya, əsas infrastruktura, səhiyyə və təhsil xidmətlərinə, həmçinin iş imkanlarına çıxışdan məhrumdurlar. Bir çoxunun hətta rəsmi ünvanı belə yoxdur və onlar tez-tez riskli ərazilərdə yaşayır”, – o bildirib.

Rossbax qeyd edib ki, WUF13-ün əsas mövzusu təhlükəsiz, dayanıqlı şəhərlər və icmalar üçün mənzil təminatı olacaq.

“Nazirlər, yerli və regional hökumət nümayəndələri, akademik dairələr və vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda bir araya gələrək, mənzil və şəhərlərin inkişafı ilə bağlı problemləri, mövcud təcrübələri və həll yollarını müzakirə edəcəklər”, – o vurğulayıb.

UN-Habitat rəhbərinin sözlərinə görə, tədbir çərçivəsində şəhərsalma sahəsində əldə olunan irəliləyişlər nəzərdən keçiriləcək, həmçinin gələcək prioritetlər üzrə müzakirələr aparılacaq.

O əlavə edib ki, WUF13 şəhərlərin inkişafı ilə bağlı qlobal çağırışların müzakirəsi və müxtəlif tərəfdaşların təcrübə mübadiləsi üçün mühüm platforma olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
4
apa.az

5Mənbələr