AZ

Formula 1-də iki Qran-pri ləğv olundu

 

Formula 1 üzrə Bahrain Grand PrixSaudi Arabian Grand Prix yarışları ləğv edilib.

QHT.az xəbər verir ki, Qərb mediasının yaydığı məlumata görə, yarışların ləğvi İranda baş verən müharibə ilə əlaqələndirilir.

Bildirilir ki, bu yarışlar cari mövsümün dördüncü və beşinci mərhələləri kimi keçirilməli idi. Bəhreyndə Qran-prinin aprelin 10–12-də, Səudiyyə Ərəbistanında isə bir həftə sonra təşkil olunması planlaşdırılırdı.

Qeyd edək ki, Bəhreyn 2004-cü ildən, Səudiyyə Ərəbistanı isə 2021-ci ildən Formula One yarışlarına ev sahibliyi edir.

Xatırladaq ki, mövsümün 17-ci mərhələsi olan Azerbaijan Grand Prix sentyabrın 24–26-da Bakı şəhər halqasında keçirilməlidir.

Zəhra Ağayeva

Seçilən
42
4
qht.az

10Mənbələr