AZ

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran priləri ləğv edilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 13 mart, AZƏRTAC

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanında nəzərdə tutulan Qran-Pri yarışları İrandakı müharibə ilə əlaqədar ləğv olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə bir sıra Qərb mediası məlumat yayıb.

Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar bu mövsümün dördüncü və beşinci Qran-priləri olaraq keçirilməli idi. Yarışların Bəhreyndə aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə bir həftə sonra keçirilməsi planlaşdırılırdı. Bəhreyn 2004-cü ildən, Səudiyyə Ərəbistanı isə 2021-ci ildən Formula yarışlarına ev sahibliyi edir.

Qeyd edək ki, Formula 1 yarışlarının 17-ci - Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakı şəhər halqasında keçiriləcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
6
azertag.az

10Mənbələr