Bakı. Trend:
Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanında nəzərdə tutulanQran-Pri yarışları İrandakı müharibə ilə əlaqədar ləğv olunub.
Trend xəbərverir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yarışların Bəhreyndə aprelin 10-12-də, Səudiyyə Ərəbistanındaisə bir həftə sonra keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, Formula 1 yarışlarının 17-ci - AzərbaycanQran-Prisi sentyabrın 24-26-da Bakı şəhər halqasındakeçiriləcək.