AZ

Azərbaucan və UN-Habitat arasında WUF-13-ə hazırlıq işləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovQlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olanBMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoruAnaklaudiya Rossbax ilə görüşüb.

Trend bu barədəXarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıqməsələləri, dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinin idarəolunması, eləcə də şəhərlərin dayanıqlı inkişafı sahəsindətərəfdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər qarşıdangələn Ümumdünya Şəhərsalma Forumunna (WUF-13) hazırlıq işləri, buçərçivədə planlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdəaparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, dağıdılmışşəhər və kəndlərin yenidən qurulmasının, müasir şəhərsalmaprinsiplərinə əsaslanan yaşayış məntəqələrinin yaradılmasınınölkəmizin urbanizasiya sahəsində gördüyü işlərin əhəmiyyətlinümunəsi olduğu vurğulanıb.

Görüş zamanı həmçinin Yaxın Şərqdə mövcud təhlükəsizlikvəziyyəti və regionda artan gərginliklə bağlı fikir mübadiləsiaparılıb.

Nazir Ceyhun Bayramov bölgəmizdə mövcud vəziyyət vəAzərbaycan-Ermənistan normallaşma və sülh prosesi barədə də qarşıtərəfi məlumatlandırıb, post-münaqişə dövründə bölgədə davamlı sülhvə sabitliyin təmin olunması istiqamətində Azərbaycanın mövqeyi vətəşəbbüsləri barədə danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Azərbaucan
Azərbaucan
Azərbaucan
Seçilən
19
5
az.trend.az

10Mənbələr