AZ

Ceyhun Bayramov UN Habitat ın icraçı direktoru ilə WUF 13 ə hazırlıq işlərini müzakirə edib

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşüb.

SİA XİN-ə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq məsələləri, dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinin idarə olunması, eləcə də şəhərlərin dayanıqlı inkişafı sahəsində tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) hazırlıq işləri, bu çərçivədə planlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələrinin yaradılmasının ölkənin urbanizasiya sahəsində gördüyü işlərin əhəmiyyətli nümunəsi olduğu vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
15
sia.az

10Mənbələr