AZ

Azərbaycanda dövlət zəmanəti ilə ipoteka kreditləşməsi 43 %-ə yaxın artıb

2025-cİ ildə İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə 347 sayda 40,4 milyon manatlıq kredit rəsmiləşdirilib.

"Cebheinfo.az" bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 26,2 % və 42,8 % çoxdur.

Beləliklə, bu il yanvarın 1-nə qədər Fond 1 490 sayda 139,9 milyon manatlıq ipoteka kreditlərinə zəmanət verib.

Azərbaycanda 2006-cı ildən ölkədə uzunmüddətli ipoteka kreditləşməsi həyata keçirilir.

"Cebheinfo.az"

Seçilən
28
2
cebheinfo.az

3Mənbələr