ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
2025-cİ ildə İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə 347 sayda 40,4 milyon manatlıq kredit rəsmiləşdirilib.
Bakıvaxtı.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 26,2 % və 42,8 % çoxdur.
Beləliklə, bu il yanvarın 1-nə qədər Fond 1 490 sayda 139,9 milyon manatlıq ipoteka kreditlərinə zəmanət verib.
Azərbaycanda 2006-cı ildən ölkədə uzunmüddətli ipoteka kreditləşməsi həyata keçirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.