AZ

Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı

Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib. Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

AzPost.az

Seçilən
19
24
azpost.info

10Mənbələr