AZ

Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanılıb

Avtobus
Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən 1news.az-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.
Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

Seçilən
3
24
1news.az

10Mənbələr