AZ

Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma...

ABŞ Prezidenti Donald Tramp İran yığmasının bu il ABŞ-da keçiriləcək Futbol üzrə Dünya Çempionatına qatıla biləcəyini bildirib.

Hakimiyyet.az xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.

Bununla belə Tramp qeyd edib ki, o, İran futbolçularının "öz həyatları və təhlükəsizliyi üçün orda olmalarının uyğun olduğuna inanmır”.

Qeyd edək ki, idman naziri Əhməd Donyamali İranın 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcəyini bildirib.

“ABŞ-ın liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir halda Dünya Çempionatında iştirak edə bilmərik”,- nazir bildirib.

Əhməd Donyamali əlavə edib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil.

“Övladlarımız təhlükəsizlikdə deyil və ümumiyyətlə, belə yarışlarda iştirak üçün lazımi şərait mövcud yoxdur”, - nazir vurğulayıb.

Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
30
9
hakimiyyet.az

10Mənbələr