ABŞ Prezidenti Donald Tramp İran yığmasının bu il ABŞ-da keçiriləcək Futbol üzrə Dünya Çempionatına qatıla biləcəyini bildirib.
Manset.az xəbər verir ki, Tramp bu barədə Truth Social-da yazıb.
Bununla belə, Tramp qeyd edib ki, o, bunun İran futbolçularının həyatı və təhlükəsizliyi baxımından uyğun olduğuna inanmır.
Qeyd edək ki, idman naziri Əhməd Donyamali İranın 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcəyini bildirib.
“ABŞ-nin liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir halda Dünya Çempionatında iştirak edə bilmərik”,- nazir bildirib.
Əhməd Donyamali əlavə edib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil.
“Övladlarımız təhlükəsizlikdə deyil və ümumiyyətlə, belə yarışlarda iştirak üçün lazımi şərait mövcud yoxdur”, - nazir vurğulayıb.
Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.