AZ

Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma “bunun uyğun olduğuna inanmıram”

Tramp:

ABŞ Prezidenti Donald Tramp İran yığmasının bu il ABŞ-da keçiriləcək Futbol üzrə Dünya Çempionatına qatıla biləcəyini bildirib.

Tramp bu barədə “Truth Social”da yazıb.

Bununla belə, Tramp qeyd edib ki, o, bunun İran futbolçularının həyatı və təhlükəsizliyi baxımından uyğun olduğuna inanmır.

Qeyd edək ki, idman naziri Əhməd Donyamali İranın 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcəyini bildirib.

“ABŞ-ın liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir halda Dünya Çempionatında iştirak edə bilmərik”,- nazir bildirib.

Əhməd Donyamali əlavə edib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil.

“Övladlarımız təhlükəsizlikdə deyil və ümumiyyətlə, belə yarışlarda iştirak üçün lazımi şərait mövcud yoxdur”, - nazir vurğulayıb.

Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
38
9
xalqcebhesi.az

10Mənbələr