AZ

“Paşinyan Rusiyanın yardımından imtina edib” Poltoloq

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Errmənistan hökuməti Rusiyanın müxtəlif dövlət təşkilatlarının Qarabağ ermənilərinə göndərmək istədiyi hümanitar yardımdan imtina edib. Doğru qərardır. Çünki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu bitib”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib.Politoloq qeyd edib ki, Paşinyan bunu iki gün əvvəl Avropa Parlamentindəki çıxışında da bildirib: “Qarabağ ermənilərinin kütləvi şəkildə Ermənistan vətəndaşlığının verildiyini deyən baş nazir ermənilərin geri dönüşü siyasətinin yanlış olduğunu, bunun Azərbaycanla münasibətləri yenidən gərginləşdirə biləcəyini vurğulayıb. Paşinyan bu mövzuya nöqtə qoyarkən, Kreml ermənilərə “humanitar yardım” adıyla Qarabağ mövzusunu yenə qaşımağa çalışır. O da aydındır ki, Kreml Qarabağ ermənilərinə humanitar yardım adıyla onları Ermənistanda parlament seçkisi öncəsi Paşinayan qarşı fəallaşdırmağa çalışır”.“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ermənistanda yaşayan Qarabağ ermənilərinin guya Rusiyanın humanitar yardımlarına ehtiyacı var. Kreml “humanitar yadım” məsələsində israr etməklə Ermənistanın daxili işlərinə qarışır. Ermənistan rəhbərliyi Rusiyaya söyləyir ki, “yardıma ehtiyac yoxdur”, Kreml isə bunun əksini iddia edərək, “Sənin vətəndaşlarına yardım göndərmək istəyirəm” israrından əl çəkmir. Buna baxmayaraq, Paşinyanın qərarı qətidir, Rusiyadan “humanitar yardımların” qarşısı alınıb”, – deyə Elxan Şahinoğlu bildirib.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
50
www.bakupost.az

10Mənbələr