AZ

Ermənistan ÇALXALANIR

Ermənistanda radikal və anti-Azərbaycan mövqeyi ilə tanınan bəzi siyasi dairələr yenidən küçə etirazları və hakimiyyətin zorla dəyişdirilməsi çağırışlarıyla çıxış etməyə başlayıblar.

Musavat.com xəbər verir ki, erməni politoloq Qrant Melik-Şahnazaryan İrəvanda keçirilən etiraz aksiyalarını şərh edərək hakimiyyət dəyişikliyinin yalnız küçə təzyiqi ilə mümkün olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda İrəvanda iş adamı Samvel Karapetyanın tərəfdarları etiraz aksiyalarına çıxıblar. Bildirilir ki, “Güclü Ermənistan” partiyası da küçə aksiyalarına qoşulmağa hazırlaşır.

Melik-Şahnazaryan bu prosesləri dəstəklədiyini açıq şəkildə ifadə edib.

“Küçə olmadan hakimiyyət dəyişikliyi olmayacaq. Hətta hamının gözlədiyindən də tez baş verə bilər”, – deyə o bildirib.

Erməni politoloq iddia edib ki, etirazlar genişlənsə, ölkədə siyasi vəziyyət tamamilə dəyişə bilər. O, digər müxalif qüvvələri də bu prosesə qoşulmağa çağırıb.

“Əgər küçə formalaşsa, hər şey tam başqa cür inkişaf edəcək. Ona görə də digər müxalif mərkəzlər də bu istiqamətdə işləməlidir”, – deyə Şahnazaryan qeyd edib.

Melik-Şahnazaryan əlavə edib ki, o, müxalifətin əsas məqsədinin parlamentdə bir neçə mandat qazanmaq deyil, hakimiyyət dəyişikliyi olduğunu düşünür.

Musavat.com

Seçilən
8
1
musavat.com

10Mənbələr