AZ

Paşinyan Qarabağ erməniləri ilə bağlı planını açıqladı Bakı və Ankara detalı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxışı zamanı Qarabağ ermənilərindən danışıb. Baş nazir bildirib ki, bölgəni tərk edərək Ermənistana köçən şəxslərin emosiyalarından sui-istifadə olunmaması və onlara yalançı ümid verilməməsi prioritet məsələdir.

Paşinyanın sözlərinə görə, Qarabağı tərk edən şəxslər Ermənistan vətəndaşlığını qəbul etməli və ölkədə daimi yaşamalıdırlar.

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Ermənistandakı mövcud siyasi vəziyyət özünün pik nöqtəsinə doğru hərəkətlənməkdədir:

“İyun ayında baş tutacaq parlament seçkilərinə təxminən 3 aydan da az vaxt qalır. Ermənistandakı siyasi vəziyyəti nəzərə alsaq, bu, uzun müddət deyil. Lakin Paşinyan 2024-cü ildən müxtəlif siyasi gediş və jestlərlə bu seçkiyə qeyri-rəsmi start verib. Əyalətlərə ardıcıl səfərlər etməsi, icma nümayəndələri ilə görüşləri buna misaldır.

Son dövrlər isə ictimai nəqliyyat vasitələrində kütləvi mesaj xarakterli hərəkətləri də əlavə etsək, görərik ki, Paşinyan hakimiyyəti artıq seçki təbliğatını aparır. Bu mesaj və jestlərin əsas hədəfi ictimai diqqəti cəlb etməkdir. Paşinyan özünü xalqın adamı, sıravi ermənidən fərqlənməyən bir fiqur kimi göstərmək istəyir. Çünki real siyasi vəziyyət hakim komandaya rahatlıq vermir.

Bakir Həsənbəyli

Politoloq bildirib ki, Paşinyan hələ də erməni cəmiyyətini sülhə tam hazırlaya bilməyib:

“Bunu bir neçə gün öncə keçirilən sorğuların nəticələrindən də görmək olar. Paşinyanın sabit 13 faizlik seçicisi təkbaşına hökumət qurmaq üçün kifayət etmir. Düzdür, son sorğu bu rəqəmi 24% göstərir, lakin vəziyyət hər an dəyişə bilər. Sorğuların nəticələrinə görə, kütlənin hələ də 80 faizi Azərbaycana, 69 faizi isə Türkiyəyə düşmən münasibət bəsləyir. Bu göstəricilər revanşist müxalif birliyin imkanlarını artırır.

Bu gün Ermənistanda Paşinyan hakimiyyətinə ən ciddi rəqib əksəriyyəti Rusiya xüsusi xidmət orqanlarına bağlı olan sabiq rəhbərlərdən ibarət Qarabağ klanı, kilsə və diasporadır. Kilsə müxtəlif mərhələlərlə toxunulmazlıq zirehindən azad edilsə də, təsir imkanları hələ də qalır. Diaspora Paşinyan hökuməti ilə ciddi mübarizə aparır, lakin təsir imkanları əvvəlki səviyyədə deyil.

Qarabağ klanına gəldikdə isə, Azərbaycandan köçdükdən bir neçə ay sonra təxminən 17 min Qarabağ ermənisinin Ermənistana getdiyi bildirildi. Daha sonra bu rəqəm 25 minə yüksəldi. Cəmi 30-35 min olan Qarabağ ermənisinin Ermənistanda qalma sayı təxminən on min nəfərdir və onların böyük əksəriyyəti artıq vətəndaşlıq alıb və ya almaq üzrədir. Bu baxımdan onların Paşinyan üçün hər hansı bir təhlükə yaratmayacağını düşünürəm. Lakin Moskvanın bölgədəki maraqlarını nəzərə alsaq, bu seçkidə bir neçə nəfərin Rusiya üçün münaqişə yaratma potensialı ola bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
50
globalinfo.az

10Mənbələr