AZ

Kapello “İnter”in Milan derbisindəki çıxışını tənqid etdi – ARENA.AZ

Fabio Kapello İtaliya A Seriyasının 28-ci turunda baş tutmuş Milan derbisini – “Milan”la “İnter” arasındakı oyunu şərh edib.

Arena.az xatırladır ki, sözügedən komandalar arasındakı oyun “Milan”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

79 yaşlı italyan mütəxəssis derbidəki nəticəyə belə şərh verib:

“İnter” hiddətli deyildi, dəlisov deyildi. Bilmirəm, nə olmuşdu, amma “neradzurri” bu oyunu derbidə oynamalı olduqları kimi oynamadı. “Milan” isə ayıq-sayıqlığını oyunun lap sonuna qədər qoruyub-saxlamaqla diqqətlə fəaliyyət göstərirdi”, deyə Kapello vurğulayıb.

Yeri gəlmişkən, “Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leao “rossoneri”nin cari mövsümə hədəfini açıqlayıb:

“Biz çox yaxşı mövsüm keçiririk və qarşımızda, UEFA Çempionlar Liqasına qayıdışı məqsəd müəyyənləşdirmişik”, deyə Leao vurğulayıb.

“Milan”ın 30 yaşlı fransız mərkəz yarımmüdafiəçisi Adrien Rabyo isə cari idman forması haqda qənaətini açıqlayıb:

“Hələ də tərəqqi edə bilərəm. 30 yaşımda hələ də zirvəyə çatmamışam, amma daha, çox təcrübəliyəm”, deyə Rabyo vurğulayıb.

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri də “rossoneri”nin fransalı əsas qapıçısı Mayk Menyan haqda qənaətini açıqlayıb:

“Menyan komandamızın çox vacib hissəsidir”, deyə Alleqri vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
89
6
arena.az

10Mənbələr