Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu olan MLS təmsilçisi “Kolumbus Kru”nun düşərgəsinə qoşulub.
Arena.az xəbər verir ki, ABŞ təmsilçisi sosial şəbəkə hesablarında 21 yaşlı hücumçunu azarkeşlərinə təqdim edib.
Axundzadə artıq yeni komandasının heyətində ilk məşqinə də çıxıb.
Xatırladaq ki, Nəriman fevralın əvvəlində Ohayo ştatını təmsil edən “Kolumbus Kru” ilə 3,5 illik müqaviləyə imza atıb.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Qarabağ”la 2028-ci ilin 30 iyununadək müqaviləsi olan Nərimanın keçidi üçün ABŞ klubu Azərbaycan çempionuna 2,5 milyon avro ödəyib.
“Kolumbus Kru” MLS-in cari mövsümündə artıq 3 oyun keçirib, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Nərimanın yeni komandası hazırda 2 xalla 11-ci pillədə qərarlaşıb.
