AZ

İsrail Livanın paytaxtında yaşayış binasına hücum etdi Yaralılar var

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beyrutun mərkəzində yaşayış binasına İsrail hava hücumu nəticəsində dörd nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Livanın Səhiyyə Nazirliyi bildirib ki, hücum xəbərdarlıq edilmədən həyata keçirilib.

Qeyd olunub ki, bu, son bir həftə ərzində İsrail ordusunun Beyrut mərkəzinə etdiyi ikinci hücumdur. ABŞ və İsrail qüvvələrinin Iran-a qarşı başlatdığı hərbi əməliyyatlardan sonra İsrail Livana zərbələr endirməyə başlayıb və bunu Hizbullah qruplaşması ilə mübarizə aparmaq zərurəti ilə əsaslandırıb.

Livan hökuməti mart ayının əvvəlindən bəri İsrail hücumları nəticəsində ölənlərin sayının 400 nəfəri keçdiyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
15
redaktor.az

10Mənbələr