ain.az, Redaktor.az saytına istinadən bildirir.
İranın İsfahan Texnologiya Universiteti Amerika və İsrailin hava hücumlarına məruz qalıb, bir neçə nəfər yaralanıb.
Redaktor.az bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində bir sıra universitet binalarına ziyan dəyib, ən azı dörd əməkdaş yaralanıb.
Xatırladaq ki, bu, eskalasiya başlayandan bəri universitetə edilən ikinci hücumdur. 26 martda İran mediası ABŞ və İsrailin zərbələri nəticəsində universitet binasına və ətrafdakı tikililərə ziyan dəydiyini bildirmişdi.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.