AZ

İsrailin Livandakı hücumları nəticəsində ölən və yaralıların SAYI

İsrailin Livana zərbələri nəticəsində ölən və yaralananların sayı artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Məlumata görə, martın 18-də İsrail qüvvələri Beyrutun Əl-Baruşa məhəlləsini atəşə tutub. Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, paytaxta edilən iki hücum nəticəsində altı mülki şəxs həlak olub, 24 nəfər yaralanıb.

Bundan əlavə, İsrailin Kennarit bölgəsinə endirdiyi zərbə nəticəsində üç nəfər ölüb. Baalbek bölgəsində həyata keçirilən digər hücumda isə dörd mülki şəxsin öldüyü, yeddi nəfərin yaralandığı qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşması səhər saatlarında bir neçə sərhəd bölgəsində İsrail hərbi mövqelərinə raket hücumları həyata keçirdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyi daha əvvəl bəyan edib ki, “Hizbullah”la yenidən başlayan toqquşmalar fonunda İsrailin hücumları nəticəsində 67 qadın və 111 uşaq daxil olmaqla ən azı 886 nəfər ölüb, 2141 nəfər yaralanıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
25
redaktor.az

1Mənbələr