AZ

Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.

Publika.az xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:

"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".

Seçilən
62
13
publika.az

10Mənbələr