AZ

Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər – Təklif hazırlandı

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:

“Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir”.

M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

Seçilən
29
12
konkret.az

10Mənbələr